Azərbaycan Beynəlxalq Bankı ASC ödəniş qabiliyyətini bərpa edib

Azərbaycan Beynəlxalq Bankı ASC (ABB) ödəniş qabiliyyətini bərpa edib.  Bu barədə “Moody’s” Beynəlxalq Reytinq Agentliyinin açıqlamasında bildirilir.

Bununla belə, agentlik bəyan edib ki, bankın bir sıra çətinlikləri qalmaqda davam edir.

Xatırladaq ki, “Moody’s” bu il yanvarın 26-da ABB-nin xarici və yerli valyutada olan uzunmüddətli reytinqlərini “Caa1” səviyyəsindən “B3” səviyyəsinə qaldırıb.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır