“Ripple” CEO’su Brad Garlinghouse, şirkətin əsas məhsulu RippleNet’in artıq 100 dən çox bankla fəaliyyət göstərdiyini bildirib.
BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Garlinghausun sözlərinə görə, İsveç bankı SEB, ripple məhsulunu 1 milyard dollardan artıq əməliyyatlarla işləmək üçün istifadə edib.
“Ripple yaranandan bəri səlahiyyətləri çərmvəsində işləyir və təşkilatın qeyri-müəyyənlik mövzusunda heç bir narahatçılığı yoxdur” -deyə CEO bildirib.