İran Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib

Martın 13-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhani İranda səfərdə olan Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevi qəbul edib.

BBN.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, İran Prezidenti  Həsən Ruhani nəqliyyat, enerji, investisiya qoyuluşu sahəsində əməkdaşlığın daha da genişlənməsinə, Azərbaycana nəzərdə tutulan səfərinə dair fikirlərini bölüşüb.

Azərbaycanın İqtisadiyyat naziri  Şahin Mustafayev Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətlərinin əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını, son 4 ildə dövlət başçılarının yüksək səviyyəli 10 görüşünün keçirildiyini vurğulayıb.

Azərbaycan-İran əməkdaşlığı bütün sahələrdə, o cümlədən iqtisadi sahədə inkişaf edir. Hazırda ölkələr sənaye, ticarət, energetika, nəqliyyat-tranzit və digər sahələrdə uğurla əməkdaşlıq edir, ticarət dövriyyəsi artır, işgüzar dairələr səmərəli əməkdaşlıq edir, avtomobil istehsalı və əczaçılıq sahələrində birgə layihələr reallaşdırılır,

Qeyd edək ki, Azərbaycan və İranın tranzit potensialının reallaşdırılmasında mühüm əhəmiyyət kəsb edən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır