“Rabitəbank” yeni Lombard Plus kreditini təqdim edib

“Rabitəbank” 25 illik yubileyi münasibətilə tam yeni və daha sərfəli  şərtlərlə Lombard Plus kredit kampaniyasına start verib.

Kampaniya çərçivəsində təcili pula ehtiyacı olanlar çox sərfəli şərtlərlə Lombard Plus kreditindən  yararlana bilərlər.

İndi hər kəs zamin və  ya iş yerindən arayış təqdim etmədən, aylıq cəmi 2,5% olmaqla, 25 ay müddətinə, 10.000 AZN-dək  Lombard Plus kreditini heç bir komissiya olmadan əldə edə bilər. Lombard Plus kreditini əldə etmək üçün yalnız şəxsiyyət vəsiqəsi və təminat üçün qızıl və zinyət əşyalarını təqdim etmək kifayətdir.

Lombard Plus kreditini Rabitəbank ASC-nin  istənilən filialından qısa zaman ərzində əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır