“Kapital Bank” Novruz bayramı münasibəti ilə istirahət günləri elan edilən günlərdə müştərilərə xidmət göstərəcək.
Belə ki, 22, 23, 24 və 26 mart tarixlərində Qara Qarayev, Şuşa, Xəzər, Bakıxanov, Binəqədi, Əhmədli, Suraxanı, Yasamal, Bravo, Bravo 2, Qaradağ, Abşeron, Sumqayıt, Ağcabədi, Bərdə, Gəncə, Kəpəz, Mingəçevir, Lənkəran, Masallı, Qubadlı, Ağdam, Beyləqan, Biləsuvar, Cəlilabad, Füzuli, Goranboy, İmişli, Qəbələ, Quba, Sabirabad, Salyan, Şəki, Şəmkir, Şirvan, Xaçmaz və Yevlax filialları xidmət göstərəcək. Bravo və Bravo 2 filialları isə həmçinin 20, 21 və 25 mart tarixlərində də işləyəcək.