Daha bir sosial şəbəkə kriptovalyuta reklamlarını qadağan edir

Twitter kriptovalyutaların sosial media üzərindən xalqa çatdırılmasına və satılmasına aid olan bütün reklamları qadağan edib. Beləliklə bu sosial media şirkəti də bu sahədə Facebook və Google kimi şirkətlərlə eyni sıraya daxil olub.

Şirkətin sözcüsü açıqlamasında deyib ki, bu cür reklamların düzgün olmadığını, burada təhlükəsizlik baxımından böyük risklərin olduğunu bilirik. O, həmçinin qeyd edib ki, bu cür qadağalar zamanla qlobal olaraq qadağan ediləcək.

Qeyd edək ki, Facebook bu cür reklamları yanvar ayında qadağan etmişdi. Google isə iyun ayından qadağanı tətbiq edəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır