“Unibank” Kommersiya Bankı” ASC-nin məlumatına görə, Səhmdarların İllik Ümumi Yığıncağı keçiriləcək.
Yığıncaq 24 may 2018-ci il tarixində, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində baş tutacaq.
Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:
1. 2017-ci il üzrə Bankın maliyyə hesabatlarının təsdiqi;
2. Bankın investisiya qiymətli kağızlarının emitenti olaraq 2017-ci il üzrə illik hesabatının
təsdiqi;
3. Bankın idarəetmə orqanlarının üzvlərinin seçilməsi barədə;
3.1. Müşahidə Şurasının üzvlərinin dəyişilməsi və yenidən seçilməsi, Müşahidə Şurasının
sədrinin və onun müavini təyin edilməsi;
3.2. İdarə Heyətinin üzvünün seçilməsi və İdarə Heyətinin sədrinin təyin edilməsi;
3.3. Audit Komitəsinin üzvlərinin seçilməsi və Audit Komitəsinin sədrinin təyin
edilməsi;
4. 2018-ci il üzrə Bankın kənar auditorların təyin edilməsi barədə;
5. Xüsusi əhəmiyyətli əqdlərin təsdiq edilməsi barədə.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulan məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.