İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qusar rayonunda işgüzar forum keçirib.
İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Qusar rayonu üzrə sahibkarlıq subyektlərindən startap və kənd turizmi layihələrinin maliyyələşdirilməsi; tərəvəzçilik və intensiv bağçılıq təsərrüfatlarının yaradılması; müasir meyvə-tərəvəz və süd emalı müəssisələrinin yaradılması; ixtisaslaşdırılmış “yaşıl maket” və logistik mərkəzin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.