“Rabitəbank”ın Audit Komitəsinə yeni sədr təyin edilib

Belə ki, “Rabitəbank”ın Audit Komitəsinin sədri vəzifəsinə Rəşad Abasov təyin olunub.

Rəşad Abasov 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında İqtisadiyyat və idarəetmə istiqaməti üzrə fərqlənmə diplomu ilə bakalavr dərəcəsi, 2002-ci ildə isə həmin istiqamət üzrə fərqlənmə diplomu ilə magistr dərəcəsi alıb.

2002-2004-cü illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Maliyyə-Kredit fakultəsini bitirib. 2004-cü ildən karyerasına “Rabitəbank” ASC-nin Daxili Audit departamentində auditor olaraq davam edib, 2008-ci ildən isə həmin departamentin direktoru vəzifəsində çalışıb.

Rəşad Abasov 2018-ci ilin aprel ayından etibarən Bankın Audit Komitəsinin Sədri vəzifəsinə təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır