Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 3-də növbəti Kütləvi çıxarış kampaniyası keçirilib.
BBN.az xəbər verir ki, kampaniya Oğuz rayonunun Yaqublu, Zərrab, Top və Yenikənd kəndlərində həyata keçirilib. Əvvəlki kampaniyalardan fərqli olaraq budəfəki tədbir daha geniş formatda keçirilərək 1 rayonun 4 kəndini əhatə edib.
Verilən çıxarışlar pay torpaqlarına, həyətyanı torpaq sahələrinə, fərdi yaşayış evlərinə aid olub. Həmin kəndlərdən olan 200-ə yaxın sakinə qeydiyyatla bağlı xidmət göstərilib. Müvafiq olaraq Yaqublu kəndindən 75 ailə, Zərrab kəndindən 60, Top kəndindən 45, Yenikənd kəndindən isə 20 ailə xidmətlərdən yararlanıblar. Onlardan 100-ə yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Bunlardan 48-i Yaqublu kəndinin, 20-si Zərrab, 19-u Yenikəndin, 11-i isə Top kəndinin payına düşüb. Verilən çıxarışların 80-i torpaq sahələrinin, 20-yə yaxını fərdi yaşayış evlərinə aid olub.
Eyni zamanda çıxarış verilməsi məqsədilə 80-ə yaxın sakindən əmlaklarına dair ilkin sənədlər toplanıb.