İnternet brauzeri “Google Chrome”un Windows əməliyyat sistemli kompüterlərdəki bütün faylları davamlı olaraq analiz etdiyi xəbəri yayılıb.
BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cyber təhlükəsizlik mütəxəssisi Kelly Shortridge “Google Chrome” brauzerinin “sənədlər” qovluğundakı fayllarda daxil olmaqla, kompüterdəki bütün faylları analiz etdiyini bildirib.
Problem, antivirus proqramı ESET-in depozitlərindən istifadə edən Chrome Cleanup Tool-dan qaynaqlanıb. Chrome, ESET nüvəsini istifadə edərək skanerə hücum edəbiləcək olan zərərli proqramları axtarmaq üçün kompüteri axtarır və zərərli proqramlara rast gəldiyi halda problemli fayl ilə əlaqədar məlumatları Google’a göndərir.