“Twitter” virtual terrorçuların hesablarını əngəlləyir

Twitter açıqladığı “Şəffaflıq Hesabatı”nda 2015-2017 arasında “terror təbliğatı” edilməsi səbəbiylə 1 milyon 143 min hesabı bağlayıb.

BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1 İyul 2017-ci ildən 31 Dekabr 2017-ci ilə qədərki hesabat dövründə, terrorizmlə əlaqədar təbliğata görə davamlı olaraq 274 min 460 hesabın fəaliyyəti  dayandırılıb.

İstifadəçilərin hər hansı bir Twitter mesajı göndərdikdən sonra hesabların 74%-i dayandırılıb.

Qeyd edək ki, Twitter terrorizm və ekstremizmin qarşısını almaq üçün uzun müddətdir çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır