Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 10 aprel 2018-ci il tarixindən uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi haqda qərar qəbul edib.

BBN.az xəbər verir ki, faiz dəhlizinin yuxarı və aşağı həddləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±3% müəyyənləşdirilib.

Faiz dəhlizinin parametrləri haqda qərar makroiqtisadi sabitliyin möhkəmlənməsi prosesləri və son makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul edilib. İnflyasiya birrəqəmli səviyyədədir, xarici sektor göstəriciləri pozitiv zonadadır, valyuta bazarında sabitlik davam edir və iqtisadi aktivlik güclənməkdədir.

Son qiymətləndirmələr il ərzində makroiqtisadi sabitliyin dayanıqlığının və iqtisadi fəallığın güclənəcəyini göstərir ki, bu da monetar şəraitin tədricən normallaşması üçün əsas yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır