I rübdə ərzaq məhsullarının qiymətləri bahalaşıb

2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4 %, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,5 %, qeyri-ərzaq mallarının qiymətləri 4,3 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,9 % bahalaşıb.

Cari ilin mart ayında fevral ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 %, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,5 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 % bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.

Mart ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi xidmətinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin (MDB ölkələri istisna olmaqla), ölkədən kənara istirahət turlarının, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətinin qiymətlərində bahalaşma,  MDB ölkələrinə  hava və dəmiryol nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır