10 aprel 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105006693 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 93.0697 AZN (12.0000%) və 100.0363 AZN (7.9800%) olan 21 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.00 AZN (8.0000%), orta ölçülmüş qiyməti 100.0029 AZN (7.9984%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 107 743 600,00 AZN, yerləşdirilmiş həcmi isə 30 mln. manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 7 aprel 2020-ci ildir.
Hərrac iştirakçıları 12 aprel 2018-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.