ASA-nın Ümumi Yığıncağının görüşü keçirilib

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Ümumi Yığıncağının görüşü keçirilib.

BBN.az xəbər verir ki, görüşdə ASA-nın sədri və 20 sığorta şirkəti və 1 təkrarsığorta şirkətinin rəhbər şəxsləri, ilk dəfə olaraq sığorta bazarının əlaqəli qurumları – İcbari Sığorta Bürosu, İcbari Tibbi Sığorta Agentliyi, Audatex Azərbaycan şirkətinin nümayəndələri və yeni üzlüyə qəbul olunan vasitəçi şirkətlərin nümayəndələri iştirak edib.

Görüş zamanı Mustafa Abbasbəyli ASA-nın 2018-ci ilin 1-ci rübü üzrə fəaliyyəti barədə ətraflı təqdimatla çıxış edib və 2-ci rüb üzrə görüləcək işlər barədə danışıb. Görüşdə ASA-nın əlaqəli qurumlarla əməkdaşlığı və bazarın inkişaf perspektivləri barədə müzakirələr aparılıb. Mustafa Abbasbəyli ASA-nın əməkdaşlıq çərçivəsində müəyyən məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Turizm Assosiasiyası, Vəkillər Kollegiyası və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

Görüş zamanı sığortaçılar tərəfindən sığorta sektoru ilə əlaqədar problemlər səsləndirilib və bunların ASA daxilində fəaliyyət göstərən komitələr və İşçi qrupları səviyyəsində müzakirə olunaraq həlli istiqamətində müəyyən işlərin görülməsinin zəruriliyini qeyd olunub. Mustafa Abbasbəyli ASA-nın daxilindəki komitələrinə diqqət yönəldib və onların fəaliyyətinin məhsuldarlığından bəhs edərək burada qeyd olunan problemlərin komitələr səviyyəsində müzakirəsinin təşkil edilməsi və digər zəruri addımların atılacağını bildirib.

Ümumi Yığıncaqda sığorta bazarının inkişaf perspektivləri geniş müzakirə edilib və sığorta şirkətlərinin xidmətlərinin artırılması və sığorta vasitəçilərinin təhsilinə önəm verilməsi istiqamətində çağırışlar edib.

Qeyd edək ki, Ümumi Yığıncaq ASA-nın təsisçilərindən ibarət ali idarəetmə orqanıdır və Nizamnaməyə müvafiq olaraq ildə bir dəfədən az olmayaraq çağırılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır