DGK xətti ilə büdcə daxilolmalarının həcmi açıqlanıb

DGK xətti ilə büdcə daxilolmalarının həcmi açıqlanıb.

2018-ci ilin mart ayı üzrə Dövlət Gömrük Komitəsi (DGK) xətti ilə dövlət büdcəsinə 726 990.00 min manat vəsait daxil olub.

Belə ki, ötən ay büdcə daxilolmalarında 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 27.3 % artım müşahidə olunub.

BBN.az Komitəyə istinadən xəbər verir ki, mart ayında DGK xətti ilə büdcəyə daxil olan vəsaitin 192 877.3 min manatını gömrük rüsumu, 498 465.7 min manatını daxil olunan malların əlavə dəyər vergisi təşkil edir.

Qeyd edək ki, büdcə daxilolmalarının 27 410.2 min manatı aksizlər üzrə, 8 236.8  min manatı isə yol vergisi üzrə olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır