Vergilər naziri Misir Ərəb Respublikasının səfiri ilə görüşüb

Aprelin 13-də Vergilər naziri Mikayıl Cabbarov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb.

BBN.az xəbər verir ki, görüşdə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın önəmi qeyd olunub, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb.

Həmçinin, görüş zamanı investisiya qoyuluşları üçün nəzərdə tutulan güzəştlər, azadolmalar və digər stimullaşdırıcı tədbirlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır