AZTA-nın sədri Rusiyanın ticarət nümayəndəsi ilə görüşüb.
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Eldar Tlyabiçev və “Rusiya eksport mərkəzi” ( АО «Российский экспортный центр») Səhmdar Cəmiyyətinin rəhbəri Nuri Quliyevi qəbul edib.
BBN.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Rusiya arasında mövcud turizm münasibətləri və inkişaf perspektivləri müzakirə edilib. Qonaqlar turizm sahəsinin inkişafı məsələsinin 2017-ci ilin sentyabrında keçirilmiş “VIII Rusiya-Azərbaycan Regionlararası Forum”da da əsas mövzulardan biri olduğunu qeyd etdilər. Rusiya Federasiyasının Azərbaycanda ticarət nümayəndəsi Eldar Tlyabiçev qeyd etdi ki, Rusiya tərəfi turizmin inkişafının Azərbaycan modelinin öyrənilməsi və tətbiqində maraqlıdır, belə ki, qisa zaman ərzində turizm sektorunun inkişafı, turist axınının, xüsusilə də varlı turistlərdən sayılan, ərəb turistlərinin cəlb edilməsi təqdirəlayiqdir.
“Hazırda Rusiyada Azərbaycanda olduğu kimi turizmin inkişafı perspektiv məsələlərdən sayılmır, lakin, qarşıda duran perspektiv inkişaf sahələrindəndir”, – deyə Eldar Tlyabiçev qeyd etdi.
“Rusiya eksport mərkəzi” Səhmdar Cəmiyyətinin rəhbəri Nuri Quliyev isə qeyd etdi ki, növbəti Rusiya-Azərbaycan Regionlararası Forum sentyabr ayında Gəncədə keçiriləcək. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin razılığı əsasında Rusiya tərəfi əlaqəli turizm münasıbətlərinin inkişafı üçün təklıflər hazırlayıb forum iştirakçılarına təklif etməlidir. Qonaqlar bu təklifləri hazırlamaqda Azərbaycan Turizm Assosiasiyasıının dəstəyinə ümidvar olduqlarını qeyd etdilər.
Nahid Bağırov rusiyalı mütəxəssislərə AZTA-nın yardım etməyə hazır olduğunu qeyd etdı və Azərbaycanın turizm modelinin inkişafı, eləcə də son illər turizm inkişafının yerlı və xarici iqtisadi münasibətlərin inkişafına tövhəsi barədə danışdı.