Dövlət büdcəsinin gəlirləri 27% artıb

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2018-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27% artaraq 4 563.0 milyon manata, xərcləri isə 12.7 % artaraq 4 408.0 milyon manata çatıb. Büdcə kəsri isə 155.0 milyon manat qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə kəsirində 166.2 milyon manat azalma müşahidə edilib.

.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır