2018-ci ilin fevral ayının sonuna M2 aqreqatı 12744.9 mlrd.manat təşkil edib.
BBN.az Mərkəzi Bankın Statistik Bülleteninə əsasən məlumat verir ki, yanvar ayının sonunda M2 pul aqreqatı 12272.7 mlrd. manat olub.
Belə ki, yanvar ayı ilə müqayisədə bu göstərici 472 mln manat və ya 3.8% artıb. M2 pul aqreqatının manatla pul bazasına nisbəti 2018-ci ilin fevralında 1.39, 2017-ci ilin müvafiq dövründə isə 1.54 olub.
Xatırladaq ki, M2 aqreqatı “Banklardan kənarda nağd pul (M0), manatla tələb edilənədək olan depozitlər, manatla müddətli depozitlər”in cəminə bərabərdir.