“Təhsilə dəstək” layihəsinə start verilib

İnternational Consulting Company şirkəti Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə “Təhsilə dəstək” layihəsinə başlayıb.
Qeyd edək ki, bu sosial layihənin məqsədi tələbələrin və gənclərin praktik bank əməliyyatları biliklərinə yiyələnmələrinə yaxından dəstək göstərməkdir. “Təhsilə dəstək” layihəsinə Azərbaycanın bir sıra təhsil müəssisələrinin tələbələri ilə yanaşı ASAN Ximdət könüllüləri də cəlb olunacaq və layihə ilin sonuna kimi davam edəcək.
Layihə ilk olaraq 19 aprel 2018-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetinində tələbələr üçün keçirilib. Layihədə 43 tələbə iştirak edib. Layihənin təlimi İnternational Consulting Company şirkətinin direktoru, “Amrahbank” ASC-nin Strateji planlaşdırmalar şöbəsinin müdiri, Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzinin təlimçisi  Ramin Bayramov tərəfindən aparılıb.  Nağdsız hesablaşmalar mövzusunda tələbələrə təlim keçirildi və tələbələrin sualları cavablandırılıb. Yekunda ATMU-nun İqtisadiyyat kafedrasının müdiri Vüqar Nəzərov ABA-nın və İCC-nin birgə layihəsini yüksək qiymətləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır