AMB-nin notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

25 aprel 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101667S dövlət qeydiyyat nömrəli, 300 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BBN.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı 13 investor tərəfindən qiyməti  99.3812 AZN (8.01%) olan 19 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 681 868 400,00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən olunub. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 000000 AZN təşkil edib.

Qeyd edək ki, notların ödəmə tarixi 23.05.2018-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır