“Facebook”un xalis mənfəəti 5 mlrd. dollara çatıb

Facebook“un xalis mənfəəti 5 mlrd. dollara çatıb.

2018-ci ilin I rübündə “Facebook“un xalis mənfəət və gəliri artıb.

BBN.az xəbər verir ki, şirkətin xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 63% artaraq 4.99 milyard dollara çatıb. Ötən il isə şirkət 3,06 milyard dollarlıq xalis mənfəət əldə etmişdi.

Facebook“un gəlirləri də ötən ilin eyni dövrünə nisbətən 49% artaraq 11,97 milyard dollar olub. “Facebook“un hər səhmə düşən mənfəəti isə 1,69 dollar təşkil edib.

Şirkətin reklam gəlirləri 2018-ci ilin ilk rübündə 50% artaraq 11.79 milyard dollar olub. 2017-ci ilin birinci rübündə isə bu göstərici 7.86 milyard dollar idi.

Qeyd edək ki, Facebook“un gündəlik aktiv istifadəçilərinin sayı orta hesabla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,3% artaraq 1,45 milyard nəfər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır