“İnsan Kapitalı Forumu-2018”ə hazırlıq işləri davam edir

“İnsan Kapitalı Forumu-2018”ə hazırlıq işləri davam edir.

BBN.az xəbər verir ki, 02 may 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Tədris strategiyaları və İnsan Resursları” üzrə Ekspert Qrupunun nümayəndələri ilə Forumun spikeri, “İş Kavramları Danışmanlık” şirkətinin nümayəndəsi Hasan Tahsin Güngör arasında görüş keçirilib.

Görüş zamanı Forumun formatı, mövzular, spikerlər və s. haqqında müzakirələr aparılıb. Hasan Tahsin Güngör bəzi təkliflərini verib, bəhs edəcəyi mövzunun əhəmiyyətindən, bu gün sektordakı yerindən danışıb.

Görüşdə “Azərbaycan Banklar Assosiasiyası”nın nümayəndəsi Nərmin Qəniyeva, “Azərbaycan Bank Tədris Mərkəzi”nin Biznesin İnkişafı Meneceri Rauf Ağayev, “Azərbaycan Beynəlxalq Bankı”nın Baş direktoru Aynur Süleymanlı, “Yapı Kredi Bank Azərbaycan”ın İnsan Resursları Departamentinin direktoru Azadə Hacıyeva iştirak edərək, müzakirələrə qoşulublar.

Qeyd edək ki, “İnsan Kapitalı Forumu-2018” 04 may 2018-ci il tarixində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır