Qazax, Şəki və Lənkəranda sahibkarlar üçün treninqlər keçirilib

Mayın 2-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Qazaxda və Şəkidə, mayın 3-də isə Lənkəranda sahibkarlar üçün treninq keçirilib.

BBN.az xəbər verir ki, “Made in Azerbaijan” brendinin yaradılması, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması, biznes planın hazırlanması, sahibkarlıq fəaliyyətinin inkişafında elektron xidmətlərin rolu və s. mövzuları əhatə edən treninqlərdə brendləşmənin xüsusiyyətləri, məhsulların keyfiyyətinin yüksəldilməsi, biznesdə risklərin azaldılması və bu sahədə mövcud qanunvericilik, biznes ideyanın yaradılması və həyata keçirilməsi yolları və s. barədə iştirakçılara ətraflı məlumat verilib.

Treninqlərdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından və “Biznesdən-biznesə” elektron platformasından istifadə qaydaları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb, mövzular üzrə təqdimatlar keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır