Aprel ayı üzrə “Azəriqaz” abonentlərinin sayı açıqlanıb

Aprel ayı üzrə “Azəriqaz” abonentlərinin sayı açıqlanıb.

2018-ci ilin yanvar-aprel ayları ərzində SOCAR-ın “Azəriqaz”  İstehsalat Birliyində əhali sektoru üzrə 31 062 yeni abonent qeydiyyata alınıb.

BBN.az xəbər verir ki, bunun da 19 717-i Bakı, Abşeron və Sumqayıt, 11 345-ü isə regionlar üzrədir.

Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Qeyd edək ki, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 126 910-a çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır