İqtisadiyyat naziri Şahin Mustafayev mayın 18-də Ağcabədidə Zərdab, Laçın və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edəcək.
BBN. az xəbər verir ki, vətəndaşların qəbulu saat 11:00-dən etibarən Bayraq Muzeyinin inzibati binasında (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli küçəsi) keçiriləcək.
Qeyd edək ki, İqtisadiyyat nazirinin Göygöldə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.