Azərbaycan Mərkəzi Bankı tender elan edir

Azərbaycan Mərkəzi Bankı tender elan edir.

BBN.az xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı lotlar üzrə açıq tender elan edir.

Lot 1: Maliyyə savadlılığı üzrə maarifləndirici kitabçaların, bukletlərin, müxtəlif promo-materialların və öyrədici resursların hazırlanması işlərinin satınalınması;

Lot 2: “Maliyyə savadlılığı” portalı (www.bizimpullar.az) üçün öyrədici animasiyaların hazırlanması işlərinin satınalınması;

Lot 3: Mərkəzi Bankın virtual təhsil platformasının mobil versiyasının hazırlanması və istifadəyə verilməsi işlərinin satınalınması.

Tender proseduru 09 iyul 2018-ci il tarixində saat 15:00-da Mərkəzi Bankın inzibati binasında (Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90) keçiriləcək.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 06 iyul 2018-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 27 iyun 2018-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaq.

İddiaçı tenderdə iştirak haqqı kimi Mərkəzi Bankın hesabına hər bir iştirak etdiyi lot üzrə 100 (yüz) manat məbləğində vəsait köçürməlidir.

Qeyd edək ki, ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır