Bu bank may ayının sonunadək gücləndirilmiş iş rejiminə keçib

Azər Türk Bank may ayının sonuna kimi gücləndirilmiş iş rejiminə keçib.

BBN.az xəbər verir ki, Bankın “Bakı” filialı “Bakı Şopinq Festival” və “28 May” kampaniyasına olan çoxsaylı müraciətlər ilə əlaqədar olaraq həftəiçi saat 09:00-dan 22:00-a kimi, həftəsonu isə saat 10:00-dan 22:00-a qədər müştərilərə xidmət göstərir.

Vətəndaşlar festivalın qaydalarına uyğun olaraq buradan həm ƏDV-ni, həm də  illik cəmi 18 faizlə zaminsiz maksimum 10.000 AZN-dək, zaminlə maksimum 20.000 AZN-dək istehlak krediti əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır