“AXA MBask” nizamnamə kapitalını artırıb.
BBN.az Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir ki, AXA Mbask” Sığorta Şirkəti ASC nizamnamə kapitalını 23 933 828 manata çatdırıb. Bu da 21,28% və ya 4 200 090 manat çox vəsait deməkdir.
Bu məqsədlə dövriyyəyə 12 041 ədəd (4 599 662 manatlıq) səhm buraxılıb. hər bir səhmin nominal dəyəri 382 manat olub.
Qeyd edək ki, səhmlərin 10 995 ədədini yerləşdirmək mümkün olub.