İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

7 iyun 2018-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət  Fondu ASC – nin AZ2029008680 ISIN-li, 20 mln manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Yerləşdirmə zamanı hərrac qiyməti 1 004,0833 AZN olub.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 21 000 000,00  manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000 000,00  manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 19 dekabr 2040-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır