08 iyun 2018-ci il tarixində Vergilər Nazirliyində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Komplayens üzrə Ekspert Qrupu”nun üzvləri ilə görüş keçirilib.
Təlim xarakterli görüşün məqsədi Azərbaycan Respublikasının hesabat verən maliyyə institutları tərəfindən Ümumi Hesabatlılıq Standartının və Qaydaların tələblərinə əməl edilməsi, həmçinin, bu sahədə öhdəliklərin yerinə yetirilməsinin yaxşılaşdırılması olub.
Qeyd edək ki, Azərbaycan Respublikası 1 iyun 2017-ci il tarixdə “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya qoşulma haqqında Bəyanatı imzaladıqdan sonra səlahiyyətli orqan kimi Vergilər Nazirliyi müntəzəm olaraq həm Azərbaycan Banklar Assosiasiyası ilə birgə, həm də ayrılıqda bu istiqamətdə maliyyə institutlarının məsul şəxsləri ilə müxtəlif təlimlər keçirib.