İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə məlumat açıqlanıb

2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla işləyən işçilərin sayı ötən illə müqayisədə 0,7 % artaraq 1525 min nəfər olub, onlardan 878,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 646,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,9 %-i təhsil, 19,1 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,7 %-i tikinti, 4,6 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,4 %-i peşə, elmi və texniki fəaliyyət, 3,2 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 %-i maliyyə və sığorta fəaliyyəti, 10,9 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2017-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 5,7 % artaraq 528,5 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır