Əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Brüsseldə ÜGT Gömrük Əməkdaşlıq Şurasının sessiyası zamanı növbəti ikitərəfli görüşləri keçirib.

BBN.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Belarus, Moldova və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri ilə keçirilən görüşlərdə ölkələr arasındakı siyasi, iqtisadi-ticari əlaqələrlə yanaşı, mehriban dostluq münasibətlərinin də mövcudluğundan bəhs edilib, gömrük sahəsində də müxtəlif platformalarda qurulan səmərəli və işgüzar münasibətlərin qarşılıqlı əlaqələrin gücləndirilməsinə öz töhfəsini verdiyi bildirilib.

Görüşlərdə beynəlxalq ticarətin təhlükəsiz və sürətli şəkildə həyata keçirilməsi, qarşılıqlı münasibətlərin daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır