Gürcüstan və Çin 2018-ci ilin əvvəlində imzaladıqları sərbəst ticarət haqqında saziş çərçivəsində ikitərəfli ticarət üçün tarifləri aşağı salıb.
BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, bu, Çinlə Avrasiya qitəsini təmsil edən ölkə arasında imzalanmış il sərbəst ticarət sazişidir və belə bir addıımın atılması Gürcüstan üçün son dərəcə böyük əhəmiyyət daşıyır:Çin həcminə görə bu ölkənin üçüncü , idxal mənbəyi ölçüsünə görə isə ikinci ticarət tərəfdaşıdır.
Azad ticarət sazişi Gürcüstanın tariflərinin 95.5 faizinin aradan qaldırılmasını nəzərdə tutur. Saziş qüvvəyə minəndən sonra 5 il ərzində Çin də Gürcüstana aid ticarət pozisiyalarının 93.9 faizinə öz tariflərini ləğv edəcək.
Qeyd edək ki, hələ 2017-ci ildə bu iki ölkə arasında ticarətin həcmi 960 milyon dollara, Çinin Gürcüstandakı birbaşa qeyri-maliyyə investisiylarının həcmi isə 530 milyon dollara çatıb.