Bəzi ərazilərdə təbii qaz təchizatında məhdudiyyət olacaq.
BBN.az “Azəriqaz” İstehsalat Birliyinə əsasən xəbər verir ki, 10 iyul 2018-ci il tarixdə saat 0900-dan təmir işləri tamamlananadək Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüarov, Sadıqcan, X.Məmmədov küçələrinin, Əhmədli kəndi və ətraf ərazilərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Fasilələrə səbəb yeni çəkilmiş diametri 400 və 325 mm-lik qaz xətlərinin şəbəkəyə qoşulması olacaq.
Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.