Kredit xətti və kredit limiti müqaviləsinin hüquqi cəhətdən qanuniliyi təsdiq edilib

Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI çıxıb.

BBN.az xəbər verir ki, bu qərarla kredit xətti və kredit limiti müqaviləsinin hüquqi cəhətdən qanuniliyi təsdiq edilib və tətbiq mexanizmləri müəyyən olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI aşağıdakı linkdə yerləşdirilib.

Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır