01 iyul 2018-ci il tarixinə “Azərbaycan Beynəlxalq Bankı”nın aktivləri 7.62 milyard manat, kredit portfeli isə 1.68 milyard manat təşkil edib.
Hesabat dövründə bankda əhalinin əmanətlərinin həcmi 1.26 milyard manat, korporativ müştərilərin vəsaitləri isə 2.63 milyard manat olub.
“Azərbaycan Beynəlxalq Bankı”nın kapital mövqeyi 2018-ci ilin birinci yarısında daha da güclənib. Belə ki, dövr ərzində bankın məcmu kapitalı 238 milyon manat artaraq 762 milyon manata çatıb, adekvatlıq əmsalı isə 25,9%-ə yüksəlib. 01 iyul 2018-ci il tarixinə bankın nizamnamə kapitalının həcmi 1,22 milyard manat təşkil edib.