Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) elan etdiyi tenderin qalibləri bəlli olub.
BBN.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankında informasiya təhlükəsizliyi üzrə ekspert xidmətinin cəlb edilməsi, həmçinin fiziki və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə mal və xidmətlərin satın alınması ilə bağlı elan edilmiş 4 lotdan ibarət açıq tenderin 1-ci lotu üzrə “Jet Infosystems”, 3-cü lot üzrə “Global Security Systems”, 4-cü lota daxil olan“Hədəflənmiş hücumların aşkarlanması xidmətinin satın alınması” məsələsi üzrə isə “SmartİT” şirkəti qalib elan ediliblər.
Qalib şirkətlərlə satınalma müqaviləsi imzalanıb.