Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən info-tur təşkil olunacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən media nümayəndələri üçün 8 avqust tarixində “Elektron əmlak idarəçiliyi: informasiya sistemləri, elektron xidmətlər və korporativ şəbəkələr” adlı info-tur təşkil olunacaq.

Tədbirdə əmlak idarəçiliyi məkanında tətbiq edilən informasiya sistemləri, elektron resurslar, korporativ xidmətlər canlı olaraq nümayiş etdiriləcək, onların fəaliyyət mexanizmi və üstünlükləri ilə bağlı media nümayəndələri məlumatlanacaqlar. Eyni zamanda gələcəkdə həyata keçiriləcək yeni iri layihələr, onların iş prinsipi əyani olaraq göstəriləcək.

İnfo-tur 8 avqust, saat 11:00-da Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində (Heydər Əliyev prospekti, 139 A) keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır