İpoteka və Kredit Zəmanət Fondu açıq tender elan edir

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu “Elektron ipoteka və kredit zəmanət” sistemində yeni funksionallıqların yaradılması üzrə xidmətlərin satın alınması ilə bağlı açıq tender elan edir.

BBN.az xəbər verir ki, tender üzrə prosedurlar 26 sentyabr 2018-ci il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.

Açıq tenderdə iştirak haqqı 250 manat məbləğində müəyyən edilib. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender üzrə ilkin sənədlər 14 sentyabr 2018-ci il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 25 sentyabr 2018-ci il tarixinədək qəbul ediləcək.

Qeyd edək ki, ətraflı məlumat keçiddə yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır