Azərbaycan məhsullarının Çinə ixracı genişlənir

Azərbaycan məhsullarının Çinə ixracı genişləndiriləcək.

BBN.az xəbər verir ki, bir sıra Azərbaycan məhsullarının Çinə ixracına dair bu ölkənin “Eastern Allfriends” şirkəti ilə ilkin razılıqlar əldə olunub.

Bu barədə AZPROMO-da “Eastern Allfriends” şirkətinin nümayəndələri ilə müxtəlif növ qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən yerli iş adamları arasında keçirilmiş görüşdə məlumat verilib.

Görüş çərçivəsində Eastern Allfriends” şirkətinin nümayəndələri ölkəmizdə istehsal olunan çay, düyü, meyvə şirələri, spirtli içkilər və digər məhsullarla tanış olub, onlarla Çin bazarına, ölkəmizin ixrac imkanlarına dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır