AÇG yatağı üzrə əldə olunan ümumi gəlir nə qədər olub?

01 avqust 2018-ci il tarixinə AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 134 107 mln. ABŞ dolları təşkil edib.

BBN.az xəbər verir ki, AÇG yatağından bu ilin 7 ayı ərzində 5 621 mln.ABŞ dolları. dəyərində neft hasil edilib. O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 94 mln. ABŞ dolları olub.

Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər isə (2007-ci ildən etibarən) 2 506 mln. ABŞ dolları həcmində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır