Worldcard artıq BRAVO-da!

BRAVO-da məişət texnikası, geyim və qab-qacaq çeşidləri artıq daha da sərfəli fürsətlə təqdim ediləcək.

“Yapı Kredi Bank Azərbaycan” QSC-ə məxsus Worldcard kredit kartı sahibləri artıq BRAVO Hipermarket və Superstorlarda məişət texnikasını daha da sərfəli fürsətlə əldə edəcək. Azərbaycanın Qazandıran Kredit Kartı olan Worldcard BRAVO-da da müxtəlif üstünlüklər təqdim etməyə başladı. Belə ki, karta sahib müştərilər Bravo-da kiçik və böyük məişət texnikasını öz qiymətinə 12 aya, geyim və qab-qacağı isə 6 aya öz qiymətinə hissə-hissə ödəməklə əldə edə biləcəklər.  Kampaniyada Yapı Kredi Bank Azərbaycana məxsus olan World Business və Virtual kart iştirak etmir. Pulkart məhsulu üzrə isə yalnız birdəfəlik alış-veriş etmək mümkündür. Kampaniya haqqında ətraflı məlumatı www.worldcard.com.az ünvanından və ya *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır