Azərbaycan Respublikası Mərkəzi Bankı tender elan edir

Azərbaycan Respublikası Mərkəzi Bankı “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun keçirilməsi üzrə xidmətin satın alınması məqsədilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq açıq tender keçirir.

BBN.az xəbər verir ki, tender proseduru 01 noyabr 2018-ci il tarixində saat 15:00-da Mərkəzi Bankın inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi 90) keçiriləcək.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 31 oktyabr 2018-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 22 oktyabr 2018-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaq.

İddiaçılar tenderdə iştirak haqqı kimi Mərkəzi Bankın hesabına 150 (bir yüz əlli) manat məbləğində vəsait köçürməlidir.

Xidmətin başlanma vaxtı: 01 dekabr 2018-ci ildir. Xidmətin göstərilmə müddəti: 1 (bir) il.

Qeyd edək ki, ətraflı məlumat keçiddə yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır