Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin iştirakı ilə seminar keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Goranboy rayonu və Gəncə şəhərində işəgötürənlərin iştirakı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması”, “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınmasıvə “İşçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində işəgötürənlərin maarifləndirilməsi”mövzularında seminar keçirib.

Tədbirdə Goranboy rayonu və Gəncə şəhəri ilə yanaşı Yevlax, Mingəçevir, Naftalan, Samux, Göygöl rayonlarından olan işəgötürənlər, təhsil işçiləri, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Gəncə Regional Mərkəzinin nümayəndələri iştirak edib.

Seminarda qanunvericiliydə uşaqların əmək hüquqlarının həyata keçirilməsində təminatlar, qeyri-rəsmi məşğulluğun işçilərin sosial-əmək hüquqlarının pozulmasına təsiri, insan hüquq, azadlıqlarının təmin olunması və digər mövzularda müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır