Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb

“Azerilight” markalı neftin qiyməti bahalaşıb.

BBN.az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barrelinin dəyəri 0,55 dollar və ya 0,63% bahalaşaraq 87,51 dollar təşkil edib.

“WTI” markalı neftin 1 barrelinin qiyməti 2.08 dollar və ya 2.80% azalaraq 74.33 dollar olub.

“Brent” markalı neftin 1 barrelinin qiyməti isə 1.71 dollar və ya 2.02% ucuzlaşaraq 84.58 dollara çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır