Sumqayıtda “Karyerada ilk addım” aktiv məşğulluq tədbirində 15 müəssisə üzrə 154 vakant iş yeri təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən ali təhsil müəssisələrinin tələbə və məzunlarının əmək bazarına uğurlu inteqrasiyası üçün Sumqayıt Dövlət Universitetində “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib.
Tədbirdə 15 işəgötürən müəssisə və təşkilat iştirak edib. Bunlardan 3-ü dövlət, 12-si qeyri-dövlət müəssisəsi olub. İşəgötürənlər tədbirə 154 boş iş yeri təqdim ediblər.
Sumqayıt şəhər Məşğulluq Mərkəzinin və Sumqayıt Dövlət Universitetinin nümayəndələri tədbirdə iştirak edib.