Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər və sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi ilə müraciət edən şəxslər üçün 10-15 oktyabr 2018-ci il tarixlərində attestasiyanın keçirilməsi nəzərdə tutulur.
BBN.az xəbər verir ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün müraciət edən şəxslər (siyahı əlavə olunur) attestasiyaya dəvət olunurlar.
Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.